18 iyun 2012 12:55

Azərbaycanda keçiriləcək DÇ-nin püşkatma mərasiminin proqramı açıqlandı

2012-ci il iyulun 6-da, saat 19:00-da Bakıda yerləşən Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi təşkil olunacaq. Azerisport.az xəbər verir ki, püşkatma mərasimində Asiyadan Çin, Şimali Koreya və Yaponiya, Okeaniyadan Yeni Zelandiya, Afrikadan Nigeriya, Qana və Qambiya, Şimali Amerikadan Amerika Birləşmiş Ştatları, Kanada və Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya və Uruqvay komandaları iştirak edəcək.
 
Azərbaycan yığması dünya çempionatına ev sahibi statusu ilə birbaşa vəsiqə qazanıb. Avropada digər iki vəsiqənin sahibi 26-29 iyun tarixlərində keçiriləcək oyunların nəticələri əsasında müəyyənləşəcək.
 
Tədbirə Azərbaycanın tanınmış futbol veteranları ilə yanaşı aşağıdakı xarici qonaqların da gəlişi təsdiqlənib:
 
•      FIFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin sədri Hany Abo Rida;
•      UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund;
•      Gürcüstan Futbol Federasiyasının prezidenti Domenti Siçiniva;
•      Gürcüstan Futbol Federasiyasının baş katibi Revaz Arveladze;
•      Tanınmış futbol veteranları Vagiz Xidyatullin, İqor Kolıvanov, Viktor Losev;
•      Almaniya milli komandasının sabiq üzvü Ditmar Hamann;
•      Hollandiya milli komandasının sabiq üzvü Ronald de Bur;
•      Kayserispor futbol klubunun baş məşqçisi Şota Arveladze;
•      İştirakçı ölkələrin yığma komandalarının nümayəndələri;
 
Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbirin bədii hissəsində əməkdar artist Sevda Ələkbərzadə və dünya şöhrətli alman müğənni Oceana çıxış edəcək.
 
Püşkatma nəticəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak edəcək komandaların qruplar üzrə bölgüsü müəyyənləşəcək.
 
Püşkatma mərasimindən sonra – saat 21:00-da Milli Parkda təşkil olunacaq konsert proqramında Oceana ilə yanaşı, Azərbaycan musiqisinin məşhur simaları olan Röya, Tünzalə Ağayeva, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev və 2011-ci ilin "freestyle" futbol üzrə dünya çempionu Kitti Szacs daxil olmaqla futbol akrobatları da çıxış edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.