18 iyun 2012 12:19
Xəzər rayon kubokunun qalibi müəyyənləşdi (FOTOREPORTAJ)
Zirə Olimpiya İdman Kompleksində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Xəzər rayon kuboku” turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirin qalibi final qarşılaşmasında “Binə-3” komandasını 1:0 hesabı ilə məğlub edən “Abşeron” NQÇİ komandası olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev təqdim edib.
