18 iyun 2012 12:34
Millimizin rəqibləri Lokomotiv stadionunda
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin mübarizə aparacağı F qrupunda daha bir qarşılaşmanın keçiriləcəyi stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin rəqibləri olan Rusiya və Şimali İrlandiya komandaları Moskva şəhərindəki “Lokomotiv” stadionunda qarşılaşacaq.
Qeyd edək ki, Rusiya və Şimali İrlandiya yığmaları sentyabrın 7-də üz-üzə gələcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
