19 iyun 2012 13:19

Bakı serb qapıçıdan imtina edib, Luis Enrike ilə danışıqları bərpa etdi

Avropa Liqasına hazırlaşan “Bakı” qapıçı axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Marko Şarliya ilə yollarını ayırdıqdan sonra yaxşı “çərçivə” qoruyucusu yönündə axtarışa çıxan “zolaqlılar” hələ ki, seçimini edə bilməyib.

Bu arada paytaxt klubunun məşqçilər korpusu baxışa çağırılan Nikola Miloyeviçdən imtina edib. Serbiyalı qapıçı etimadı doğrulda bilmədiyindən geri göndərilib.
 
Belədə “Bakı” yenidən Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martineslə danışıqları bərpa edib. İlkin danışıqlar zamanı razılığa gələ bilməyən tərəflər müqavilə imzalamağı planlaşdırır. “Neko” ləqəbli qapıçı 2010-cu ildən vətənində – “Once Caldas” klubunda çıxış edir. O, bu komandada 38 oyuna çıxıb. Enrike 2006-2009-cu illərdə Türkiyənin “Sakaryaspor” klubunda oynayıb və qardaş ölkədə 43 oyun keçirib. 2007-2008 mövsümündə “Manisaspor”a icarəyə verilən futbolçu vətənində “Envigado”, “Atletico Huila”, “Guanacasteca”, “Santa Fe” kimi klubların da şərəfini qoruyub. Luis Enrike 2003-cü ildən bəri Kolumbiya yığmasında 14 oyun keçirib və 1 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.