19 iyun 2012 01:51
Simurq serbiyalı məşqçi ilə müqavilə imzaladı
"Simurq" Peşəkar Futbol Klubu fiziki hazırlıq üzrə məşqçi Aleksadr Karakliçin müqaviləsinin müddətini artırıb. Azerisport.az xəbər verir ki, yeni razılaşmaya əsasən serbiyalı mütəxəssis növbəti mövsümün sonuna qədər komandadakı fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Aleksadr Karakliç məşqçilik karyerasına "Drina" Futbol Klubunda başlayıb. Ötən mövsüm Georgi Çixradze baş məşqçi təyin olunandan sonra serbiyalı çalışdırıcı "Simurq"a dəvət olunub.
