19 iyun 2012 14:17
Fariz Yusifov: Cüneyt Çakırın aşağı səviyyəli idarəçiliyini İmişlidə görmüşəm
FİFA referisi Fariz Yusifov azerisport.az saytına müsahibəsində Polşa və Ukraynada keçirilən Avropa çempionatındakı hakimliyi şərh edib, eləcə də öz hakimlərimizdən danışıb.
- Hazırda davam edən Avropa çempionatına azərbaycanlı hakimlərin marağı nə dərəcədə böyükdü?
- Şəxsən mən oyunları çox diqqətlə izləyirəm. Hələ heç bir oyunu buraxmamışam. Bu turnir bir daha göstərir ki, UEFA hakimlərə necə diqqət yetirir. Düzdü, hakim səhvləri çoxdu. Amma nəticəyə təsir edən ciddi səhvlər görməmişəm.

- Amma İrlandiya – Xorvatiya görüşündə iki kobud səhv oldu ki, irlandlar buna kəskin şəkildə etirazlarını bildirirlər...
- Həmin səhvlərə rəğmən, bu hakimlər növbəti turda da təyinat aldılar. UEFA-nın Hakimlər Komitəsi ciddi təşkilatdı və səhvləri bağışlamırlar. Mən heç də demək istəmirəm ki, hakimlərin idarəçiliyi çox parlaqdı. Onlar da başqaları kimi səhvlər buraxırlar.
- Bizim hakimlər bu turnirdəki idarəçilikdə nəyə diqqət yetirməlidilər?
- İlk növbədə fiziki hazırlığa və psixoloji cəhətdən köklənməyə diqqət yetirmək lazımdı. İkinci amilin xüsusi yeri var. Amma hər şeyə rəğmən, hesab edirəm ki, azərbaycanlı hakimlər Avropanın əksər ölkələrinin hakimlərindən güclüdülər.

- Bu AÇ-də hakimlərin mümkün qədər az fit çalmağa çalışması, oyunu saxlamaq istəməmələri diqqət çəkir...
- Həqiqətən də hakimlər komandalara sərt mübarizə aparmağa imkan yaradırlar. Amma qaydalar çərçivəsində. Bu mənada biz əcnəbi hakimlərdən örnək götürməliyik. Çünki hakimlərin ölkə futbolunun inkişafında böyük rolu var. Digər tərəfdən 1-2 min azarkeşlə 60-70 minlik azarkeş qarşısında idarəçilik etməyin də böyük fərqi var.
- Sizcə, bizim hakimlər belə oyunları idarə edə bilərdilər?
- Başqalarını deyə bilmərəm, amma mən bacarardım. Mənim psixoloji hazırlığım bunu əminliklə deməyə əsas verir. Mən bir neçə dəfə 30 minədək azarkeş qarşısında oyun idarə etmişəm. Bütövlükdə, buna hazıram.

- Kimin idarəçiliyi sizi daha çox cəlb edir?
- Türkiyəli Cüneyt Çakırın. Onunla Barselonadakı seminarların birində tanış olmuşam. Düzünü deyim ki, ondan belə idarəçilik gözləmirdim. Mən birinci dəfə onun işini 2006-cı ildə görmüşəm. Həmin vaxt İntertoto kuboku çərçivəsində “MKT-Araz” Moldova “Tiraspol”unu qəbul edirdi. Özü də İmişlidəki oyun onun beynəlxalq arenadakı ilk idarəçiliyi idi. Çakır həmin oyunu çox aşağı səviyyədə idarə etmişdi. İndi isə o, Avropada ən yaxşılardan biridi.

- Qarşıda bizim hakimləri Sloveniya toplanışı gözləyir. Sizcə, bu toplanış hakim səhvlərinin sayının azalmasına kömək edəcək?
- Ümid edirəm. Çalışacağıq ki, əlimizdən gələni edək, səhvlər də az olsun. Rəhbərlik sağ olsun ki, belə toplanışlar keçirirlər. Artıq dördüncü ildi bizə belə şərait yaradılır. İnanın ki, hakimlərin toplanışı üçün Sloveniyadan yaxşı yer tapmaq olmaz.

- Avrokubok oyunlarına təyinat gözləyirsiz?
- Gözləyirəm. Reytinqə görə birinci və ikinci təsnifat mərhələsinin oyunlarını idarə edə bilərəm. Hazırda istirahətdə olsam da, fərdi qaydada hazırlaşıram.