19 iyun 2012 02:34
Bakı Şturm və Legiaya qarşı
Cari mövsümün hazırlıqlarına başlayan və 12 gün ərzində paytaxtda hazırlıq keçən “Bakı” ötən gün Sloveniyaya yollandı. Azerisport.az xəbər verir ki, ilk mərhələni yekunlaşdıran "Bakı" ikinci mərhələdə bu Balkan ölkəsində hazırlıq keçəcək.
Komanda Bakı-Vyana-Lyublyana reysi ilə öncə Sloveniyanın paytaxtı Lyublanaya, oradan isə, avtobusla toplanış keçəcəyi Moravska şəhərinə yollanıb. "Bakı" 5 ulduzlu “Levada Prestij”də məskunlaşıb.
“Zolaqlılar” Moravskada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komandanın rəqibləri Sloveniya, Avstriya və Polşa klubları olacaq. Bu barədə “Mura-05” (Sloveniya), “Şturm” (Avstriya), “Legia” (Polşa) klubları ilə razılıq əldə olunub. Oyunların başlama saatı və yeri barədə əlavə məlumat veriləcək.
