19 iyun 2012 15:08
Anjinin məşqçisi AZAL-da (FOTO)
AZAL-ın məşqçilər korpusuna daha bir mütəxəssis dəvət olunub. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov “Anji”dən tanıdığı Yevgeni Stukalovu komandasına cəlb edib.
Rusiyalı mütəxəssis AZAL-da fiziki hazırlığa nəzarət edəcək. Sadıqovun digər köməkçiləri isə Şakir Qəribovla Rauf Salamov olacaq.
Qeyd edək ki, Stukalov keçmiş bombardirdi. O, AZAL-a gələnə qədər Nalçik “Spartak”ında, “Lokomotiv”də çalışıb.
