19 iyun 2012 15:21
Bakının ilk rəqibi Ukrayna klubu oldu
Bu gündən etibarən Sloveniyada 10 günlük təlim-məşq toplanışına start verən "Bakı" cümə günü ilk yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın rəqibi Ukraynanın "Tavriya" (Simferopol) klubu olacaq.
"Tavriya" Ukraynanın köklü klublarından biridi. 1992-ci ildə Ukrayna çempionu titulunu, 2010-cu ildə isə ölkə kubokunu qazanıb.
“Bakı”nın rəqibi son Ukrayna çempionatını 6-cı pillədə başa vurub.
