19 iyun 2012 15:39
Vaqif Sadıqov: O, yaxşı mütəxəssisdi
Xəbər verdiyimiz kimi, AZAL-ın məşqçilər korpusuna daha bir mütəxəssis dəvət olunub. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov “Anji”dən tanıdığı Yevgeni Stukalovu komandasına cəlb edib.
Rusiyalı mütəxəssis AZAL-da fiziki hazırlığa nəzarət edəcək. Sadıqov AZAL-a gələnə qədər Nalçik “Spartak”ında, “Lokomotiv”də çalışmış mütəxəssisin dəvət olunmasına münasibətini açıqlayıb. Saytımıza müsahibəsində o, bunları dilə gətirib:
“Biz Stukalovola bir illik müqavilə imzaladıq. O, yaxşı mütəxəssisdi. Stukalovla “Anji”də çalışdığım dövrdən tanışam. Mənə kömək edəcək. O, əsas komandanın fiziki hazırlığına diqqət yetirəcək”.
“Biz Stukalovola bir illik müqavilə imzaladıq. O, yaxşı mütəxəssisdi. Stukalovla “Anji”də çalışdığım dövrdən tanışam. Mənə kömək edəcək. O, əsas komandanın fiziki hazırlığına diqqət yetirəcək”.
