19 iyun 2012 15:53
Neftçi braziliyalı futbolçu ilə gücləndi (FOTO, VİDEO)
Azərbaycan çempionu “Neftçi” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu braziliyalı Bruno Bertuççi ilə güclənib.
22 yaşlı sol cinah müdafiəçisi “Neftçi”nin Boludakı düşərgəsinə gəlib. Onunla bu gün rəsmi müqavilə bağlanıb və “Neftçi”nin forması təqdim olunub.
Qeyd edək ki, 22 yaşlı sol cinah müdafiəçisi karyerasına Braziliyanın “Corinthians” klubunda başlayıb. 2010-cu ildə “San Caetano”ya (Braziliya), ardınca “Eskişehirspor” (Türkiyə) və “Bragantino”ya (Braziliya) icarəyə verilən futbolçu 2011-ci ildə İsveçrənin “Grasshopper” klubuna transfer olunub.
