19 iyun 2012 16:35

Didye Droqbanın yeni klubu müəyyənləşdi

Çinin “Şanxay Şenxua” klubu Kot d`İvuar milli komandasının futbolçusu Didye Droqba ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun sahibi Çju Cun “France Presse” agentliyinə açıqlama verib.
 
Droqba 2004-cü ildən İngiltərənin “Çelsi” komandasında çıxış edib. O, “zadəganlar”la 3 dəfə İngiltərə çempionluğu, 4 dəfə ölkə kuboku, 2012-ci ildə isə Çempionlar Liqasını qazanıb. Lakin afrikalı oyunçu klubla yeni müqavilə məsələsində razılığa gələ bilməyib.
 
Çin mətbuatı yazır ki, 34 yaşlı forvardın “Şanxay Şenxua”da həftəlik qazancı 314 min avro olacaq. Bununla da Droqba Çin çempionatının ən ödənişli futbolçusuna çevriləcək. Əvvəllər bu kluba “Çelsi”nin digər forvardı Nikolya Anelka keçib. Jan Tiqananın baş məşqçi postundan istefasından sonra Anelka bir müddət komandanın sükanı arxasında olub. Hazırda bu vəzifəni Argentina yığmasının sabiq baş məşqçisi Serxio Batista tutur.
 
Qeyd edək ki, Çin çempionatında 13 turdan sonra “Şanxay Şenxua” 14 xalla 12-ci pillədə qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.