19 iyun 2012 17:38
Bertuççi: Neftçinin ÇL-də uğur qazanması üçün əlimdən gələni edəcəyəm
Azərbaycan çempionu “Neftçi”nin yeni transferi Bruno Bertuççi bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, “Neftçi"nin uğurları üçün çalışacağını bildirib:
"Hədəfim həmişə iddalı klublarda çıxış etmək olub. Braziliyanın gənclərdən ibarət yığmasında da çıxış etmişəm. Bilirəm ki, "Neftçi" Azərbaycanın ən köklü və böyük tarixi olan klubudu. Belə komandada oynamaq mənim üçün böyük qürurdu. "Neftçi" kimi iddalı klubun Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
