19 iyun 2012 11:26
İker Kasilyas: Azərbaycanlı azarkeşlər diqqətə layiqdilər
Futbol üzrə İspaniya yığmasının qapıçısı İker Kasilyas azerisport.az saytına müsahibəsində Ukrayna və Polşada keçirilən Avropa çempionatında pley-offa vəsiqə qazanmalarından, eləcə də Azərbaycan futbolundan danışıb.
- İker, qələbə münasibətilə təbrik edirik! Yəqinki, oyundan çox danışmısız. Təkrar edə bilməzsiz?
- (Gülür) Çox əsəbi oyun alındı. Çünki hətta turniri tərk etmək təhlükəsiylə də üz-üzə idik. Ona görə də meydandakı hər bir hərəkətimizdə diqqətli olmağa çalışırdıq.
- Dörd il öncəki uğurunuzu təkrarlaya biləcəksiz?
- Dörd il əvəllə müqayisədə, indi bizim işimiz daha çətindi. Rəqibləri artıq bizi daha yaxından tanıyırlar. Bizə qarşı necə oynamaq lazım olduğunu da hamı bilir. Amma bu, o demək deyil ki, biz zəifləmişik.

- İspaniya yığmasının son uğurları nəticəsində Azərbaycanda da azarkeşlərinizin sayı artmaqdadı...
- Bunu eşitmək xoşdu. Qoy onlar bizi dəstəkləməyə davam etsinlər. Az qala bütün dünyanın sənə azarkeşlik etməsi inanılmaz bir hissdi.
- Bakıya səfəriniz yadınızdadı?
- Əlbəttə! Konfederasiyalar Kuboku ərəfəsində gəlmişdik.
- Əlbəttə! Konfederasiyalar Kuboku ərəfəsində gəlmişdik.
- O vaxt siz Azərbaycan azarkeşlərini çox isti qarşılamışdınız...
- (gülümsəyir) Mən həmişə belə edirəm. İnsanlar sənin məşqlərinə, oyunlarına baxmaq üçün gəlirlər. Sənə diqqət göstərirlər. Fikrimcə, onlar da diqqətə layiqdilər.