19 iyun 2012 11:51
Millimizin heyətində dəyişiklik edildi
İyunun 27-dən iyulun 9-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, baş məşqçinin qərarı ilə Orxan Məmmədovun əvəzinə millinin heyətinə Hikmət Bağırov dəvət olunub.
