19 iyun 2012 12:32
“İnteri daha böyük hesabla yenə bilərdik”
Avstriyanın “Kapfenberq” klubunun baş məşqçisi Tomas von Heesen Bakı “İnter”inə qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“İlk oyunumuz məni çox razı saldı. Biz çox yaxşı oyun sərgilədik. Çoxlu qol vəziyyətləri yaratdıq. Daha böyük hesabla qələbə qazana bilərdik”.
“İlk oyunumuz məni çox razı saldı. Biz çox yaxşı oyun sərgilədik. Çoxlu qol vəziyyətləri yaratdıq. Daha böyük hesabla qələbə qazana bilərdik”.
