20 iyun 2012 13:53

“Qazaxıstan, Rusiya və Polşa klubları xidmətimdə maraqlıdı”

Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin sabiq müdafiəçisi Saşa Yunisoğlu gələcək karyerasını harda davam etdirəcəyinə hələ də aydınlıq gətirməyib. Azerisport.az saytına müsahibəsində o, hazırda bir çox variantları gözdən keçirdiyini bildirib:

“Hazırda üç yerli kluba keçmək variantı var. AZAL, “Sumqayıt” və “Rəvan” mənimlə maraqlanır. Bu, əlbəttə, xoşdu. Amma mən karyeramı Qazaxıstanda davam etdirmək istərdim. Bu işdə mənə Qazaxıstan yığmasının kapitanı Samat Smakov kömək etmək istəyir. O, mənim dostumdu və bu məsələ ilə maraqlanır”.

 
Lakin müdafiəçinin sözlərinə görə, onun Qazaxıstan klublarına keçidi alınmayacaq: “Qazaxıstan klublarında legioner limiti arıtırılıb. Həm də maliyyə məsələsində razılığa gələ bilmədik. Lakin bu, o demək deyil ki, heç vaxt Qazaxıstanda çıxış edə bilməyəcəm. Son qərarımız bu olub ki, ya qışda, ya da növbəti mövsümdə bu məsələyə bir daha qayıdaq”.
 
27 yaşlı futbolçu Rusiya və Polşa variantlarının da olduğunu deyir: “Ad çəkmək istəmirəm. Bu etik cəhətdən düz çıxmaz. Həmin klubların menecerləri istəyir ki, mən baxışa yollanım. Amma bu, məni qane etmir. Ona görə də bu məsələ hələ qaranlıq qalır”.
 
Millimizin sabiq üzvü böyük ethimalla yenə karyerasını vətəndə davam etdirəcək. Hər halda o, “Rəvan”a keçidini daha real hesab edir: “Böyük ehtimalla karyeramı vətəndə davam etdirəcəyəm. Düzdü, “Rəvan” ximdətimdə daha çox maraqlıdı. Hər şeyə yaxın günlərdə aydınlıq gəlməlidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.