20 iyun 2012 01:53
Qəbələdən transfer açıqlaması (FOTO)
“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, Rəşad Abdullayev və Şəhriyar Xəlilovu rənglərinə bağlayan komanda bu dəfə qapı xəttini gücləndirib.
2010-2011 mövsümünü “Qəbələ”də keçirən, arxada qoyduğumuz futbol ilində isə “Turan”ın qapısını qoruyan milli komandamızın üzvü Anar Nəzirov “Qəbələ” ilə birillik müqavilə imzalayıb. Bu barədə məlumatı bir neçə gün öncə versək də, nəhayət klubun rəsmi saytı da məlumatı təsdiqləyib.
Dosye
Anar Nəzirov
Amplua: Qapıçı
Doğulduğu tarix: 08.09.1985
Doğulduğu yer: Azərbaycan
Vətəndaşlığı: Azərbaycan
Oynadığı klublar: “Gəncə” (2005-2006), “Turan” (2007-2008), “Neftçi” (2008-2009), “Standard” (2009-2010), “Qəbələ” (2010-2011), “Turan” (2011-2012)
Boyu: 1,79 m
Çəkisi: 71 kq
