20 iyun 2012 02:18
Xəzər Lənkəranla Neftçi uğur qazanacaq, Bakı ilə İnter yox?
Azerisport.az xeyli müddəti davam edən sorğusuna yekun vurub. “Sizcə, avrokubokların yeni mövsümündə Azərbaycan klublarından hansı daha uğurlu çıxış edəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi artıq məlumdu.
Beləliklə, sorğuya qatılanların daha çox hissəsi “Xəzər Lənkəran”ın digərlərinə nisbətən ən yaxşı nəticəni qazanacağına ümid edir. Onlar 52 faiz (4265 səs) təşkil edirlər.
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasında uğur qazanacağına da inananlar çoxdu. Respondentlərin 42 faizi (3411 səs) məhz “ağ-qaralar”dan uğur gözləyir.
“İnter” və “Bakı”nın uğur qazanmasına ümid bəsləyənlər isə elə də çox deyil. Məsələ burasındadı ki, “bankirlər”in uğuruna cəmi 2 faiz (187 səs), “zolaqlılar”ın azarkeşlərimizi sevindirəcəyinə isə 4 faiz (344 səs) inanır.
