20 iyun 2012 14:32
İnter Sloveniya çempionu ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" sabah növbəti yoxlama görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, “bankirlər” son Sloveniya çempionu "Maribor" klubuyla qarşılaşacaq.
Qeyd edək ki, "Maribor" 10 dəfə ölkə çempionatının qalibi olub. Bundan əlavə komanda 7 dəfə Sloveniya kubokunun sahibi olub.
Xatırladaq ki, toplanışın ilk yoxlama matçında “İnter” "Kapfenberq" klubuna 0:1 hesabıyla məğlub olmuşdu.
