20 iyun 2012 15:39

Bakı Ekvador yığmasının forvardını alır (FOTO)

Avropa Liqasına hazırlıqlarını davam etdirən “Bakı” Ekvador yığmasının hücumçusu Feliks Borxa ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, “zolaqlılar” artıq bu oyunçuya müqavilə təklif ediblər.

Hazırda yerli “Pachuca” klubunun şərəfini qoruyan 29 yaşlı hücumçu “Bakı”nın təklifini qəbul edib. Sabah o, bakılıların hazırlıq keçdiyi Sloveniyaya yola düşəcək və klub rəhbərliyi ilə görüşdən sonra rəsmi müqavilə imzalanacaq. “Bakı” təcrübəli forvardla 1+1 sistemi ilə müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, Borxa 2001–2006-cı illər arasında “El Nacional”da çıxış edib və 122 oyuna 51 qol vurub. 2006–2008-ci illərdə isə Yunanıstanın “Olympiacos” klubuna keçib və burda 23 görüşdə 5 dəfə fərqlənib. Həmin vaxt Almaniyanın “Mainz” klubu Borxanı icarəyə götürüb. Nəticədə ekvadorlu futbolçu Bundesliqada 32 oyuna 16 qol vurub. 2008–ci ildə isə “Mainz” onun transfer hüquqlarını tam olaraq ələ keçirib. 2010-cu ilə qədər bu komandada qalan Borxa daha 20 oyun keçirərək 6 qol vurub. 2010–2011 mövsümündə “Puebla”da çıxış edən futbolçu 15 oyun keçirib (6 qol). 2011–ci ildən isə “Pachuca”da forma geyir.

Borxa 2005-ci ildən Ekvador yığmasına da çağırılıb və millidə 21 oyuna 3 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.