20 iyun 2012 16:33
Zeynal Məmmədov: Bakı Azərbaycanı Avroliqada layiqincə təmsil edəcək
“Bakı”nın baş meneceri Zeynal Məmmədov Avropa Liqasına hazırlaşan komandanın transfer planlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda bir neçə legioner futbolçu ilə danışıq aparırıq. Biz daha iki-üç transferi başa vurmuşuq. Onların arasında hazırda ölkəsinin yığmasında çıxış edən futbolçular da var. “Bakı” yüksək səviyyəli futbolçularla müqavilə bağlayır. Komandamız Azərbaycanı Avroliqada layiqincə təmsil edəcək. Bunun üçün hər cür şərait yaratmışıq. Əminəm ki, avrokuboklara qədər “Bakı” tam hazır olacaq”.
