20 iyun 2012 16:50
Sumqayıt 5 futbolçu ilə müqavilə imzaladı
2011/2012 mövsümündə əvəzedici komandada uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu əsas komandaya cəlb olunublar. Azerisport.az xəbər verir ki, adları çəkilən futbolçuların hər biri “Sumqayıt” Futbol Klubu ilə ikiillik müqavilə imzalayıb.
Qeyd edək ki, Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz Mehdiyev, Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə hücumçudu.
