20 iyun 2012 18:55
Lazionun sabiq oyunçusu Bakı İnterində (FOTO)
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" baxışa bir futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, Daniel Ola adlı nigeriyalı futbolçu ampluaca mərkəz müdafiəçisidi.
Karyerası ərzində o, İtaliyanın "Lazio", "Chievo" və "Cesena" klublarında çıxış edib. Daha sonra Daniel Bolqarıstan və İndoneziya klublarının şərəfini qoruyub. Futbolçunun sonuncu komandası isə Latviya çempionatında mübarizə aparan "Yurmala" olub.
Qeyd edək ki, Daniel Ola dünəndən etibarən "İnter" in düşərgəsinə qoşulub.
