20 iyun 2012 11:28
“Türkiyəli futbolçular hələ Azərbaycanda oynamaq istəmirlər”
“Rəvan”ın türkiyəli baş məşqçisi Cevat Gülər azerisport.az saytına müsahibəsində paytaxt klubuna təyinatından, yeni mövsümə hazırlıqlardan, eləcə də transferlərdən danışıb.
- “Rəvan”a baş məşqçi təyin olunmazdan öncə Azərbaycan futbolu haqda nə bilirdiniz?
- Düzünü deyim ki, yalnız mətbuatda yazılanlar əsasında nələrisə bilirdim. May ayından etibarən daha çox maraqlanmağa başladım. Əlavə informasiyanı isə “Qəbələ” futbol akademiyasının direktoru Ali Yavaşdan aldım. Bülent Korkmaz da bəzi şeylər söyləyib. Onu deyim ki, Türkiyə futbolundan çox geri qalırsız.

- Onda “Rəvan” haqda ümumiyyətlə heç bir bilginiz yox idi?
- Elədi. Bütün informasiyaları klub rəhbərliyi ilə görüşəndə aldım. “Rəvan” yeni komandadı, inkişaf etmək istəyir. Hələ ki, çempionluğa iddia etmir. Bu da gələcəyin işidi. Hələlik klubun infrastrukturu da yoxdu. Amma bu yöndə hazırlanan layihəni görmüşəm və işləməyə dəyər. Klub uşaq futbolunu da inkişaf etdirmək istəyir.

- Müqaviləniz hansı müddəti əhatə edir?
- İki illik müqavilə bağlamışıq. Amma ilk mövsümün ardından yenidən buna baxacağıq. Əgər tərəflər bir-birindən narazı olsa, peşəkar səviyyədə ayrılacağıq. Əgər hər şey yaxşı getsə, ikinci mövsümdə də birgə çalışacağıq. Beş il müddətinə də müqavilə bağlamaq olar. Amma əgər tərəflər bir-birindən razı deyilsə, onda işləməyəin mənası yoxdu.

- Rəhbərlik qarşınıza nə vəzifə qoyub?
- Hələlik qarşıma konkret vəzifə qoyulmayıb. “Rəvan” ötən mövsümü 8-ci pillədə başa vurdu. Təbii ki, mən daha yaxşı nəticə qazanmağa çalışacağam. Niyə də ilk üçlüyə düşməyək?

- Bilirsiz ki, sizə qədər ölkəmizdə çalışan türk mütəxəssislərin heç biri postunda uzun müddət qala bilməyib?
- Başqalarını bilmirəm, amma mən özümü isbatlamaq istəyirəm. Növbəti uğursuz olmaq istəmirəm. İndidən nəsə proqnoz vermək də çətindi. Hər şeyi zaman göstərəcək. Ümid edirəm ki, məndə hər şey daha yaxşı alınacaq. İstəyirəm ki, Azərbaycanda xatırlanım.

- Yeni mövsümə necə hazırlaşacaqsız?
- Salyanda, Bakıda və Sloveniyada toplanış keçirəcəyik. Xaricdə üç yoxlama oyunu keçirməyi planlaşdırırıq. Amma hələ sınaqçı-rəqiblərimizin kimliyini müəyyənləşdirməmişik.
- Kimlərlə güclənməyi planlaşdırırsız?
- Türkiyədən heç bir futbolçu çağırmağa hazırlaşmıram. Ola bilər ki, sizi daha çox bu maraqlandırır. Daha çox yerli futbolçulara üstünlük verəcəyik. Bir neçə əcnəbi futbolçu da alacağıq. Təcrübəli futbolçulara üstünlük verməyi planlaşdırırıq.

- Komandanızın Saşa Yunisoğlu, Arif İsayev və Cavid Hüseynovla maraqlandığı bildirilir...
- Biz həqiqətən də bu futbolçularla maraqlanırıq. Onlar komandamızı gücləndirə bilərlər.
- Türkiyədə yaxşı əlaqələriniz olduğu halda, niyə həmyerlilərinizə üstünlük vermirsiz?
- Burda bir məqam var. Məsələ burasındadı ki, türkiyəli futbolçular hələ Azərbaycanda oynamaq istəmirlər. Xüsusi səbəb yoxdu. Sadəcə, hələ istəmirlər. Amma istisna deyil ki, yaxın gələcəkdə kimlərisə dəvət edək.