20 iyun 2012 12:12
Əziz Quliyev İnteri yenə Bakıya dəyişdi
Ötən müvsüm "Bakı"dan ayrılan və "İnter"in heyətində çıxış edən Əziz Quliyev Sloveniyada təlim-məşq toplanışında olan "Bakı"nın düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, gənc yarımmüdafiəçi artıq “zolaqlılar”ın məşqlərində iştirak edir.
Milli komandanın oyunu səbəbindən toplanışa gec qoşulan İbrahim Karqbo da məşqə çıxanlar arasında olub. Elvin Əliyev, Elşad Manafov, Uinston Parks və İbrahim Karqbo fərdi məşq edərkən, qrup halında meydan çıxan futbolçular fiziki düzümlülüyün artırılması istiqamətində çalışıblar.
Hazırlıqlarını gündə iki məşqlə davam etdirən "Bakı" 2 gün sonra yoxlama oyununa çıxacaq. Rəqib Ukrayna liqasının 6-cı komandası olan "Tavriya"dı.
