21 iyun 2012 00:05

Xəzər Lənkəran Kiyev Dinamosuna məğlub oldu (YENİLƏNİB)

Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “ağ-yaşıllar” bu dəfə Kiyev “Dinamo”su ilə qarşılaşıb.
 
Baş məşqçi Yunis Hüseynov yetirmələrini Ukrayna klubunun əvəzedici heyəti ilə görüşdə sınayıb. O, bu oyunda komandanın aparıcı üzvləri ilə yanaşı baxışa çağırılan futbolçulara da şans verib. Qarşılaşma isə "Dinamo"nun qələbəsi ilə yekunlaşıb.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” Avstriyadakı ilk sınaq matçında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq” klubu ilə qarşılaşmış və 6:0 hesablı qələbəyə sevinmişdi.
 
Yoxlama oyunu
20 iyun
 
XƏZƏR LƏNKƏRAN - DİNAMO (Kiyev) - 0:2
 
Baş məşqçi komandanı oyuna 4-5-1 taktiki sxemi ilə çıxarmışdı. Qapıda Kamran, müdafiənin cinahlarında Todorov və Bonfim, mərkəzdə isə Allahverdiyev-Skarlatake cütlüyü yer alırdı. Roberto Alviz dayaq zonasında, Rahid və Qomeş isə ondan bir qədər irəlidə qərarlaşmışdılar. Sol cinahda Pit, sağda isə Elnur Abdullayev, tək hücumçu qismində isə Subaşiç oyuna başladı.
 
İlk dəqiqələr rəqib komandanın hücumları şəraitində keçdi. Ukrayna klubun əsasən sağ cinahla bir neçə sürətli keçid həyata keçirdi, və artıq oyunun əvvəlində meydanın komandamıza aid hissəsində bir neçə fol qeydə alındı. Lakin tədricən “Xəzər Lənkəran” meydanın digər yarısında daha çox vaxt keçirməyə başladı. Komandamız da həmlələrini əsasən cinahlarla edirdi.
 
“Dinamo”nun qapısına doğru ünvanlanan ilk zərbə 8-ci dəqiqədə Pitdən gəldi, lakin top qapının üstündən keçdi. Üç dəqiqə sonra Abdullayevin cərimə zərbəsindən sonra da top çərçivədən yan keçdi. 15-ci dəqiqədə isə Kamran uğurlu çıxarışla yadda qaldı. İsveçrə millisinin futbolçusu Mehmedinin uzaq məsafədən zərbəsindən sonra qapıçımız yaxşı oynadı.
 
Bundan dərhal sonra qurulan sürətli hücumu Abdullayev zərbə ilə tamamladı, lakin doqquzluğa ünvanlanan bu top qapının üstündən keçdi. Özü üçün ənənəvi olmayan sağ cinahda oynamasına baxmayaraq Elnur hücumlar zamanı xeyli fəal idi, bu işdə ona Eder də vaxtaşırı kömək edirdi.
 
34-cü dəqiqədə isə hesab açıldı. Dudunun sağ cinahdan verdiyi ötürməyə ən tez yetişən Rıbalka oldu və onun toxunuşu “Dinamo”ya üstünlük verdi. Qoldan sonra rəqib üstünlüyü yenidən ələ aldı və oyun yenə meydanın “Xəzər”ə aid hissəsinə keçdi. Əlavə olunmuş dəqiqələrdə isə komandamızın əks-hücumu qolla nəticələnə bilərdi. Subaşiç və Abdullayevin divar paslaşmasından sonra Branimir cərimə meydançasında topu qəbul etdi, lakin Betaonu keçə bilmədi. Bu hücumdan dərhal sonra isə “Dinamo” ikinci qolu vurdu. Uzaqdan yerlə vurulan zərbəni Kamran qaytarsa da, Kravets Allahverdiyevi qabaqlayıb topu tora göndərdi – 0:2.
 
Fasilədən sonra “Xəzər Lənkəran”ın heyətində Subaşiçi Brenes əvəzlədi. İkinci hissə qarşılıqlı hücumlarla başladı. “Dinamo”dan Kravetsin, komandamızda isə Pitin cərimə zərbəsindən vurduğu top yadda qaldı, lakin hər iki halda qapıçılar vurulan toplarla bacardı.
 
Oyunun sonuna yarımsaat qalmış daha iki əvəzetmə edildi – Kamranın yerinə Kamal Bayramov, Qomeşin yerinə is baxışda olan futbolçu Sariç daxil oldu. Beş dəqiqə sonra isə Abdullayevi Kamran Abdullazadə əvəzlədi.
 
Oyunun sonları epizod baxımından daha kasad keçdi. Qapıya zərbələrin sayı azaldığı halda, meydanın müxtəlif hissələrində xırda folların sayı artdı. Brenes rəqibin cərimə meydançasında topu qəbul etsə də, müdafiəçinin zamanın etdiyi müdaxilə ona zərbə vurmağa imkan vermədi. Ardından nəzarətsiz qalan Buyalskinin zərbəsini Kamal dəf edə bildi.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.