20 iyun 2012 12:37
Şevçenko milli karyerasını başa vurdu
Məşhur ukraynalı futbolçu Andrey Şevçenko yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb. Azerisport.az xəbər verir ki, Şevçenko AÇ-2012-nin qrup mərhələsi çərçivəsində ötən gün baş tutan İngiltərə ilə oyunun millidəki karyerasında sonuncu rəsmi matç olduğunu vurğulayıb:
“Artıq gənclərə yer vermək zamanı yetişib”.
Qeyd edək ki, Andrey Şevçenko 1995-ci ildən Ukrayna millisinin heyətində çıxış edir. O, millinin tarixində ən yaxşı bombardirdi.
