21 iyun 2012 00:55
İnter Rubinlə eyni qrupa düşdü
Xəbər verdiyimiz kimi, iyunun 25-də "İnter"in təşkilatçılığıyla Bakıda Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş turnir start götürəcək. Azerisport.az xəbər verir ki, artıq turnirin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə görə 8 komanda 2 qrupa bölünüb. “İnter” “Rubin”, “Brommapojkarna" və "Kotkas"la eyni qrupa düşüb.
"A" qrupu: "Slaviya" (Bolqarıstan), "Dinamo" (Tbilisi, Gürcüstan), "Samsunspor" (Türkiyə), "Karpatı" (Ukrayna).
"B" Qrupu: "İnter" (Azərbaycan), "Rubin" (Rusiya), "Brommapojkarna" (İsveç), "Kotkas" (Estoniya).
