21 iyun 2012 13:34
Əfran İsmayılov: O, kişi kimi çıxıb üzr istəməlidi
Futbol üzrə Rusiya yığmasının və “Zenit”in yarımmüdafiəçisi Andrey Arşavin hazırda qonşu ölkədə çox böyük bir qalmaqalın mərkəzindədi. Azerisport.az xəbər verir ki, Polşa və Ukraynada keçirilən qitə birinciliyinə yaxşı start verməsinə rəğmən, sonda qrupdan çıxa bilməyən ruslar acıqlarını məhz bu oyunçudan çıxmağa çalışırlar.
Bu isə təsadüfi deyil. Məsələ burasındadı ki, Yunanıstanla həlledici oyunda alınan 0:1 hesablı məğlubiyyətdən sonra məskunlaşdıqları otelin qarşısında etiraz aksiyası keçirən azarkeşlərlə görüşdə Arşavin gözlənilməz açıqlama ilə çıxış edib. Maraq üçün təcrübəli futbolçunun həmin açıqlamasını diqqətinizə çatdırırıq:
“Sizin ümidlərinizi doğrulda bilməməyimiz bizim problemimiz deyil. Bu, sizin probleminizdi. Biz ona görə uduzduq ki, qol vura bilmədik. Yunanlar isə bizim edə bilmədiyimizi bacardılar. Bütün bu söhbətlərə rəğmən nəticə onsuz da dəyişməyəcək”.

Lakin rusiyalı azarkeşlər, hətta futbol ictimaiyyətinin böyük əksəriyyəti Arşavinin bu açıqlamasını ölkəsinə qarşı hörmətsizlik sayır. Hətta buna görə onun Rusiyadan deportasiya edilməsi də tələb olunur.
Biz isə bu məsələ ilə bağlı futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovun fikirlərini öyrənməyə çalışdıq. Elə isə, görək “Qarabağ”ın üzvü DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olacaq rusların düşərgəsindəki bu qalmaqalla bağlı nə düşünür?
“Məğlub olan komandanın üzvünün açıqlamaları ən azı bu şəkildə olmamalıdı. Necə yəni bu, bizim problemimiz deyil? Axı meydanda olan həmin futbolçulardı. Ölkənin milli komandasında çıxış edirsənsə, nəticəyə də görə bütün xalq qarşısında cavab verməlisən. Məncə, komandanın kapitanı kimi o, məğlubiyyətə görə üzr istəməliydi. İndi bu hadisədən sonra isə Arşavin kişi kimi azarkeşlər qarşısına çıxıb sözlərinə görə üzr istəməlidi. Əgər hansısa azarkeş onu təhqir etsəydi, əl qaldırsaydı, bəlkə də ona haqq qazandırmaq olardı. Amma indiki halda azarkeşlər ondan izahat tələb etməyə haqlıdılar”.