21 iyun 2012 13:52
Neftçinin yeni transferi danışdı (VİDEO)
"Neftçi"nin yeni transferi Bruno Bertuççi klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Peşəkar karyerama vətənim Braziliyanın "Korintians" klubunda başlamışam. Daha sonra "Qrasshopper" klubunda Avropa təcrübəsi yaşadım. Eyni zamanda Braziliyanın gənclərdən ibarət yığmasının da üzvüyəm. "Neftçi"yə transferimlə bağlı onu deyə bilərəm ki, böyük tarixi olan bir kluba gəlmişəm. Komandamız Çempionlar Liqasında mübarizə aparacaq. Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyəm".
