21 iyun 2012 14:11
İnterin Sloveniya toplanışı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" Sloveniyada təlim-məşq toplanışını keçirir. Azerisport.az xəbər verir ki, ayın 20-də komanda plana uyğun olaraq gün ərzində iki dəfə məşq edib. Axşam məşqində futbolçular isinmə hərəkətlərindən sonra baş məşqçinin bir sıra tapşırıqlarını yerinə yetiriblər.
Xatırladaq ki, bu gün “bankirlər” Sloveniya çempionu "Maribor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
