21 iyun 2012 14:31
Azərbaycan millisinin rəqibləri sentyabrın 4-də müəyyənləşəcək
Futzal üzrə 2014-cü il Avropa çempionatının təsnifat və seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Belçikada təşkil olunacaq qitə birincilyinin təsnifat və seçmə mərhələsinin püşkü bu ilin sentyabr ayının 4-də atılacaq.
Mərasim Belçikanın Antverpen şəhərində keçiriləcək. Həmin vaxt milli komandamızın da rəqibləri müəyyənləşəcək.
