21 iyun 2012 14:54
UEFA klublarımıza vaxt verdi
Ölkəmizi Avropa Liqasında və Çempionlar Liqasında təmsil edəcək klublarımızın iştirak ərizələrini UEFA-ya təqdim edəcəyi tarixlər açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bunun üçün iyunun 25-dən iyulun 12-dək müddət ayırıb.
Azərbaycan klubları da bu müddət ərzində öz iştirak ərizələrini qitə futbol qurumuna təqdim etməlidilər. İlk olaraq “İnter”, “Xəzər Lənkəran” və “Bakı” öz iştirak ərizəsini təqdim edəcək. Daha sonra isə Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” öz oyunçularının siyahısını UEFA-ya göndərəcək.
UEFA-nın qaydalarına görə, iştirak ərizəsinndə 24 oyunçunun adı olmalıdı. Onlardan yalnız birinin adını oyuna bir gün qalmış da sifariş etmək mümkündü.
