21 iyun 2012 16:13
Bakı Kokeni transferə çıxardı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Bakı” aparcı futbolçularından birini – Serxio Kontrerası transferə çıxarıb. Azerisport.az xəbər verir ki, Koke ləqəbli ispaniyalı forvard paytaxt klubundan iki illik müqavilə tələb edirdi.
Lakin “zolaqlılar” ona fərqli müqavilə təklif etmişdi. Sloveniyada sonuncu dəfə danışıqlar stolu arxasına əyləşən tərəflər yenə ortaq məxrəcə gələ bilməyib. Bu üzdən də “Bakı” onu transferə çıxarmaq məcburiyyətində qalıb.
“O, xeyli artıq pul tələb edirdi. Amma komandaya ürəkdən bağlı olmayan futbolçu bizə lazım deyil. Buna görə də biz Kokeni transferə çıxarmalı olduq. Ona sentyabra kimi vaxt vermişik. Əgər özünə klub tapa bilsə, “Bakı”dan ayrılacaq. Eyni zamanda onun yeni klubu bizə müəyyən məbləğ ödəməlidi. Yalnız belə olan halda biz futbolçunun transfer vərəqini verəcəyik. Özünə klub tapa bilməyəcəyi halda isə, “Bakı”da qalmalı olacaq. Görək, onda necə oynayır”.
