21 iyun 2012 17:53
Syomin: Xəzər Lənkərana daha çox qol vura bilərdik
Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi Yuri Syomin “Xəzər Lənkəran”la yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Bütövlükdə, oyundan razı qaldım. Xüsusilə də oyunu zədəsiz başa vurmağımıza sevindim. Çünki rəqibimiz kifayət qədər döyüşkən idi və tez-tez sərt oyuna üstünlük verirdi. Bir gün öncəki yüklənməyə rəğmən, futbolçular kifayət qədər yaxşı təsir bağışladılar. Birinci hissədəki oyunumuz daha xoş təsir bağışladı. Halbuki, iki qoldan daha artığını vura bilərdik”.