21 iyun 2012 11:56
“Azərbaycanda 500-600 minə dəyən futbolçu yoxdu”
Təcrübəli azərbaycanlı futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində klublarımızın avrokuboklardakı şanslarından, eləcə də millimizdən danışıb.
- Bir neçə gün sonra avrokubokların yeni mövsümünün püşkü atılacaq. Klublarımızdan nə gözləyirsiz?
- Qələbə qazanmaq lazımdı Futbolumuza böyük pullar yatırılır. Hamıya nəticə lazımdı. Necə olacağını oyunlar göstərəcək. Hələlik bütün klublarımız transfer məsələləri ilə məşğuldu. “İnter”in fəallığı xoşuma gəlir. “Xəzər Lənkəran”la “Neftçi” hələ seçimlə məşğuldu. “Bakı” da güclənməyi planlaşdırır.

- Klublarımızın neçə mərhələ keçməsini gözləyirsiz?
- Bir neçə mərhələ keçmək lazımdı. Dəqiq proqnoz vermək isə çətindi.

- Hansısa klubumuzun qrup mərhələsinə vəsiqə qazanması necə?
- Bu, çətin məsələdi. Amma digər tərəfdən bəzi keçmiş SSRİ ölkələrinin təmsilçiləri artıq bu uğura nail ola bilirlər. Niyə biz də eyni uğuru təkrarlamayaq? Amma bunun üçün sabit oyun sərgiləmək lazımdı. Bizim klublar o səviyyədə oynamağa hazırdımı? Şəxsən mən belə düşünürəm ki, biz hələ o səviyyəyə çata bilməmişik.

- Azərbaycanda yerli futbolçuların maaşlarının artırılmasını düzgün hesab edirsiz?
- Azərbaycanda 500-600 minə dəyən futbolçu yoxdu. Bu, düzdü. Amma bəziləri süni şəkildə qiymətini artırır. Bu, futbolumuza ağır zərbədi. Nə yerlilər, nə legionerlər bu pula dəymirlər. Çünki bu futbolçular həm yığmamızda, həm də avrokuboklarda qiymətlərinə dəymədiklərini sübut edirlər.

- Sizcə, bunu necə nizamlamaq olar?
- Klublar hər futbolçuya istədiyini verməməlidilər. Əgər futbolçu ağıllıdırsa, başa düşür ki, oynadığı ilə aldığı bir-birinə uyğun deyil. Amma digər tərəfdən kim belə puldan imtina edər ki?

- Sizcə, futbolçularımızın xaricdə oynamaq istəməməsinin əsas səbəbi məhz ölkədə istədiklərini qazana bilməsidi?
- Bu da səhv fikirdi. Ölkə xaricində yarım ilə burda iki il ərzində qazandıqlarını əldə edə bilərlər. Amma bunun üçün özünü yaxşı tərəfdən göstərməyin lazımdı. Qorxmaq lazım deyil. Milyonlar öz-özünə gəlmir. Onu qazanmaq lazımdı. Buna layiq olduğunu sübut etməyin lazımdı.

- Ruslan Abışovun “Xəzər Lənkəran”a keçidi çox səs-küyə səbəb oldu...
- Bu barədə bir söz deyə bilmərəm. Əsas odu ki, o, ümidləri doğrulda bilsin. Lənkəranda oynamaq çox çətindi. Azarkeşlər hər futbolçudan sabit oyun tələb edirlər. Onun yerinə olsaydım, mən iki ilə Avropaya yollanardım. “Xəzər Lənkəran”da yaxşı pul alacaq. Ondan sonra xaricə gedə bilər.
- Deyəsən, Abışovu “Neftçi”yə məhz siz gətirmişdiniz...
- Mənim vaxtımda “Neftçi” birinci liqa klublarından futbolçu toplamağa qərar vermişdi. Onda Abışovu 50 uşağın içindən seçdik. O, istedadlı futbolçudu.