21 iyun 2012 12:27
Yığma komandamız Lüksemburq üzərində qələbə qazandı
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçına qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, U-16 Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Lüksemburq komandasının qapısından topları Elnur Cəfərov keçirib.
