21 iyun 2012 00:25
AÇ-2012-də 1/4 final oyunlarının hakimləri açıqlandı
Hazırda Polşa və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final matçlarının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, türkiyəli referi Cüneyt Çakır baş hakim kimi təyinat almayıb.
Əvəzində o, İngiltərə - İtaliya matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək. Çakırın yarımfinal görüşlərindən birində, hətta final matçında baş hakim olma ehtimalı isə hələ qalır.
1/4 final matçlarının baş hakimləri belədi:
AÇ-2012
1/4 final
21 iyun
23:45. Çexiya – Portuqaliya
Polşa. Varşava. Milli stadion
Baş hakim: Hovard Uebb (İngiltərə)
22 iyun
23:45. Almaniya – Yunanıstan
Polşa. Qdansk. “PGE Arena”
Baş hakim: Damir Skomina (Sloveniya)
23 iyun
23:45. İspaniya – Fransa
Ukrayna. Donetsk. “Donbass-Arena”
Baş hakim: Nikola Ritsoli (İtaliya)
24 iyun
23:45. İngiltərə - İtaliya
Ukrayna. Kiyev. “Olimpiyski” stadionu
Baş hakim: Pedru Proensa (Portuqaliya)
