21 iyun 2012 12:09
Xəzər Lənkəran iki futbolçudan imtina etdi
Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Dinamo” (Kiyev) komandası ilə qarşılaşan “Xəzər Lənkəran” ilk hissədə qapısında gördüyü iki qolla rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Komandada baxışda olan Elvis Saliç və Yusuf Dajisiçin çıxışları məşqçilər korpusunu razı salmayıb. Bu üzdən də hər iki futbolçu yoxlama oyunundan sonra geri göndərilib.
