21 iyun 2012 12:55
Xəzər Lənkəran Rumıniya klubu ilə qarşılaşacaq
“Xəzər Lənkəran”ın yoldaşlıq oyunu keçirəcəyi növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan təmsilçimiz Rumıniya klubu ilə qarşılaşacaq.
“Ağ-yaşıllar”ın növbəti rəqibi “Vasluy” klubu olacaq. Sözügedən oyun iyunun 25-də baş tutacaq.
Qeyd edək ki, “Vasluy” başa çatan mövsümdə Rumıniya çempionatının gümüş medallarını və Çempionlar Liqasına vəsiqə qazanıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” Avstriyadakı ilk yoxlama oyununda Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq” klubunu 6:0 hesabı ilə qalib gəlib. İkinci yoxlama oyununda Kiyev “Dinamo”su ilə qarşılaşan lənkəranlılar 0:2 hesabı ilə yeniliblər.
