22 iyun 2012 02:04
Böyükağa Hacıyev: Bunu normal qəbul edirəm
Azərbaycan çempionu "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Rusiyanın "Mordoviya" klubu ilə yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
"Artıq 10 gündür ki, komandanın hazırlığı davam edir. İlk mərhələdə ağır fiziki yükləmələr olduğundan futbolçularda yorğunluq hiss olunurdu. Bu halı normal qəbul edirəm. Bu oyunlarda bir çox futbolçuları sınamaq imkanımız oldu. Əsas məqsədimiz heyəti formalaşdırmaqdı. Təbii ki, qələbə qazanmaq istəyirdik. Amma önəmli olan yeni gələn futbolçuların komandaya uyğunlaşmasıdı".
