22 iyun 2012 01:53
Simurq daha bir futbolçu ilə müqavilə imzaladı
"Simurq" Peşəkar Futbol Klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatdığına görə komandayla yollarını ayıran Ruslan Poladovdan, Rüstəm Abbasovdan sonra daha bir oyunçu yenidən heyətə qaytarılıb.
Ötən mövsüm 4 qarşılaşmada Zaqatala təmsilçisinin şərəfini qoruyan Rəşad Eyyubov komandasıyla növbəti mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb.
