22 iyun 2012 02:08
Neftçinin qapıçısı özünə yeni klub tapdı
"Simurq" Peşəkar Futbol Klubu heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ötən mövsüm "Neftçi"nin əvəzedici heyətində forma geyinən və 19 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Əyyub Əliyevi icarə əsasında transfer edib.
Ötən gün yeni komandasıyla rəsmi müqavilə imzalayan gənc əlcək ustası növbəti mövsümün sonuna qədər "Simurq"un şərəfini qoruyacaq.
