22 iyun 2012 14:35
Qəbələnin qapıçısı Bolqarıstan klubuna keçir
“Qəbələ”nin transferə çıxardığı qapıçısı Pavel Doroşev özünə yeni iş yeri axtarmaqda davam edir. Azerisport.az xəbər verir ki, bölgə klubunun sabiq qapıçısı karyerasını Bolqarıstanda davam etdirə bilər.
Belə ki, onun xidmətində “Botev” maraqlıdı. Hazırda tərəflər bu yöndə danışıqları davam etdirirlər. Yaxın müddətdə bu məsələyə aydınlıq gəlməsi gözlənilir.
