22 iyun 2012 14:49
Mariborun baş məşqçisi: İnter maraqlı rəqibdi
Sloveniya çempionu “Maribor”un baş məşqçisi Darko Milaniç Azərbaycanın “İnter” klubuna qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Biz maraqlı rəqibə qarşı mübarizə apardıq. “İnter” əla müdafiə olunurdu. Bu üzdən də oyunun əvvəlində o qədər də çox təhlükəli vəziyyət yarada bilmirdik. Halbuki, biz adətən hücumda daha təhlükəli oynamağa adət etmişik. İkinci hissədə bu mənada daha faydalı işlər gördük və layiqli qələbə qazandıq”.