22 iyun 2012 15:12
“Neftçidə özümü Avropa səviyyəsində sübut etmək imkanım olacaq”
Azərbaycan çempionu “Neftçi”nin heyətinə qatmağa hazırlaşdığı çilili hücumçu Nikolas Kanales bu transferlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 2010-cu ildən etibarən “Palestino”da çıxış edən forvard Azərbaycan klubunu seçməsindən danışarkən öncə bunları dilə gətirib:
“Bu komandanın yeni mövsümdən etibarən Çempionlar Liqasında çıxış etməyə başlaması mənim çox ürəyimcə oldu. Məni ən çox motivasiya edən də bu oldu. Çünki özümü Avropa səviyyəsində sübut etmək imkanım olacaq”.

Kanalesin sözlərinə onun xidmətində Çilinin bir sıra aparıcı klubları da maraqlı imiş: “Lakin mənim üçün əsas hədəf ölkə xaricində çıxış etmək idi. Buna görə də digər təkliflərə heç baxmadım da. Halbuki, “La Serena”, “Cobreloa”, “Huachipato”, “İquique” və “Everton”dan da dəvət almışdım. Mənim əsas məqsədim isə Avropaya qayıtmaq idi. Ona görə də xaricdən aldığım təklifə üstünlük verdim”.
Çili mətbuatının yazdığına görə, Kanales bu həftə “Neftçi”nin düşərgəsinə gedərək klubla müqaviləsini imzalayacaq. Azərbaycana isə o, ailəsi ilə gələcək – qızı və həyat yoldaşı ilə birgə.