22 iyun 2012 16:16

Yay Futbol Düşərgələri Proqramına start verildi

“Qəbələ” FK Futbolun Kütləviləşdirilməsi Departamenti 2012-ci il üçün nəzərdə tutulmuş Yay Futbol Düşərgələri proqramına start verib. Azerisport.az xəbər verir ki, hər il olduğu kimi bu il də məktəblilərin yay tətili zamanı başlanan proqram 3 ay - iyun, iyul, avqust aylarında davam edəcək.
 
Proqramın birinci ayı Qəbələ şəhər məktəblərini əhatə edəcək. Artıq Qəbələ şəhər  1, 2, 3, 4, 5 saylı tam orta məktəblərinin şagirdləri yay tətili zamanı futbol oynamaqla, məşqlərə qatılmaqla vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər. Nəzərinizə çatdıraq ki, Yay Futbol Düşərgələrində 5 yaşdan 13 yaşadək uşaqlar iştirak edə bilər. İyul ayında proqram Vəndam qəsəbəsində, avqust ayında isə Böyük Əmili stadionunda davam edəcək. Vəndam qəsəbəsində Vəndam 1, 2 və 3 saylı Vəndam tam orta məktəblərinin şagirdləri, Böyük Əmili stadionunda isə Hacallı, Böyük Əmili və Böyük Pirəlli kənd orta məktəblərinin şagirdləri iştirak edəcək.
 
Qəbələ rayonunun 3 regionunda təşkil ediləcək proqramın ilk həftəsində 5-9 yaş arası uşaqlar, ikinci həftəsində 10-12 yaş arası şagirdlər, üçüncü həftəsində isə əvvəlki iki həftədə fərqlənən oyunçular iştirak edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.