22 iyun 2012 16:54
AFFA DÇ-2012-nin təbliğatını davam etdirir (FOTOLAR)
Qafqaz Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə “Karyerada ilk addım” adlı Əmək Yarmarkası keçirilib. Azerisport.az xəbər verir ki, gənclər üçün yeni iş imkanlarının, fərqli karyera proqramlarının təqdim edildiyi sərgidə bir çox müəssisə və təşkilat iştirak edib. FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsi (YTK) də sərgidə iştirak edib, gənclərə çempionatın təşkilində könüllülük və iş imkanları haqqında məlumat veriblər. Sərgi ziyarətçiləri könüllülük proqramına böyük maraq göstərib və YTK nümayəndələrinə öz suallarını ünvanlandırıblar.
Qeyd edək ki, «Karyerada ilk addım» devizi altında növbəti bundan öncəki tədbirlər Turizm İnstitutunda və Sumqayıt Dövlət Universitetinddə təqdim edilmiş və FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsinin nümayəndələri həmin tədbirdə də iştirak etmişdi.
