22 iyun 2012 17:18
Qarabağ ilk transferini rəsmiləşdirdi (FOTO)
“Qarabağ” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu “İnter”dən ayrılan Elnur Abdulovla müqavilə imzalayıb.
Elnur qarşıdakı iki mövsümdə “Qarabağ”ın uğurları üçün çalışacaq. Ötən mövsüm sərgilədiyi oyunla ölkənin iddialı klublarının maraq dairəsinə düşən Elnur Abdulov “Qarabağ”ın yeni mövsüm üçün rənglərinə bağladığı ilk futbolçudu.
1992-ci il təvəllüdlü futbolçu ilə 2 illik müqavilə imzalanıb. Məlumatı Ağdam klubunun rəsmi saytı yayıb.
